Biznesinizin ehtiyacına görə qurulmuş xidmətlər
Altı əsas istiqamət. Kiçik bir başlanğıcdan tam idarəçiliyə qədər — miqyası siz seçirsiniz.
Böyüməniz üçün uyğunlaşdırılmış həllər
Hər biznesin ehtiyacı fərqlidir. Xidmətləri ayrıca və ya vahid paket kimi qura bilərik.
Biznes Konsultasiya
Biznesin harada dayandığını rəqəmlərlə görürük, hara gedəcəyini planla müəyyən edirik.
PR & Marketinq
Brendin adı doğru yerlərdə, doğru kontekstdə və doğru vaxtda çəkilsin.
SMM
Sosial şəbəkə hesabları — bəyənmə üçün yox, müştəri gətirmək üçün.
Rəqəmsal Reklam
Meta, Google və TikTok reklamları — büdcənin hər manatı hesablanır.
Brend Kimliyi
Loqodan tutmuş danışıq tərzinə qədər — brendin tanınan sistemi.
Kontent İstehsalı
Peşəkar foto, video və mətn — brendin necə göründüyü nə dediyi qədər vacibdir.
Necə işləyirik
Dörd mərhələ. Hər birinin sonunda əlinizdə konkret nəticə olur — təqdimat yox, sənəd.
- 01
Tanışlıq və audit
Biznesi, rəqibləri və mövcud kanalları öyrənirik. Bu mərhələ pulsuzdur və heç bir öhdəlik yaratmır.
- 02
Strategiya
Hədəf, auditoriya, mesaj və kanal seçimi yazılı sənədə çevrilir. Razılaşmadan icraya keçmirik.
- 03
İcra
Kontent istehsalı, dərc, reklam və icma idarəçiliyi təqvim üzrə işləyir.
- 04
Ölçmə və optimallaşdırma
Hər ay hesabat verilir, növbəti ayın planı nəticələrə görə dəqiqləşdirilir.
Tez-tez verilən suallar
Cavabını tapmadığınız sual varsa, birbaşa yazın — bir iş günü ərzində cavablayırıq.
İlk görüş pulsuzdur. Biznesi, hədəfləri və mövcud vəziyyəti müzakirə edirik. Ardınca sizə uyğun xidmət paketi və təxmini büdcə təqdim olunur. Razılaşdıqdan sonra müqavilə imzalanır və strategiya mərhələsi başlayır.
SMM və reklam xidmətlərində minimum 3 ay tövsiyə edirik. Səbəb sadədir: alqoritmlərin və auditoriyanın formalaşması vaxt tələb edir və bir aylıq nəticə real mənzərəni göstərmir. Konsultasiya və brend kimliyi layihələri isə birdəfəlik ola bilər.
Xeyr. Xidmət haqqı agentliyin işidir, reklam büdcəsi isə birbaşa platformalara (Meta, Google, TikTok) ödənilir və ayrıca hesablanır. Büdcə tamamilə sizin nəzarətinizdə qalır.
Hər ayın əvvəlində əvvəlki ay üzrə hesabat təqdim olunur: əhatə, qarşılıqlı əlaqə, müraciət sayı və dəyəri, ən yaxşı və ən zəif kontent. Hesabat rəqəmlərlə birlikdə növbəti ay üçün tövsiyələri də əhatə edir.
Çəkiliş, dizayn və mətn bizim tərəfimizdən hazırlanır. Sizdən yalnız məkan, məhsul və ya komanda üçün vaxt ayırmağınız tələb olunur. Bütün materiallar dərcdən əvvəl təsdiqinizə göndərilir.
Ən güclü təcrübəmiz təhsil sektorundadır — akademiyalar, kolleclər, kurslar və məktəbəqədər müəssisələr. Bununla yanaşı nəşriyyat, pərakəndə və xidmət sahəsində fəaliyyət göstərən brendlərlə də işləyirik.
